30 İyul, 2014
Argentina millisi baş məşqçisiz qaldı

Sabella postundan istefa verib

Simsar.az xəbər verir ki, Argentina millisinin çalışdırıcısı Alexandro Sabella postunu tərk edib. İstefa barəsində Argentina Futbol Federasiyasının prezidenti Xulio Qrondone ilə qarşılıqlı razılıq əldə olunub.

 

Qeyd edək ki, Sabella 2011-ci ildən Cənubi Amerika təmsilçisinə rəhbərlik edirdi. Milli komanda onun rəhbərliyi altında Dünya Çempionatının gümüş medalına yiyələnib.

 

Vüsal Məmmədzadə

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!