30 İyul, 2014
ÇL: Bu gün daha 12 oyun olacaq

Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq

Simsar.az xəbər verir ki, oyun günündə Azərbaycan təmsilçisi “Qarabağ” da meydana çıxacaq. Avstriya çempionu “Zalsburq”u qəbul edəcək Qurban Qurbanovun yetirmələri doğma azarkeşlər önündə sərfəli nəticəyə ümid edirlər.

Bu oyundan əlavə Avropanın yaşıl meydanlarında daha 12 qaşılaşma baş tutacaq. Günün proqramı belədir:

20:00. “Aktobe” (Qazaxıstan) – “Steaua” (Rumıniya)

20:30. “Qarabağ” (Azərbaycan) – “Zalsburq” (Avstriya)

21:00. HİK (Finlandiya) – APOEL (Kipr)

21:00. AEL (Kipr) – “Zenit” (Rusiya)

21:00. “Dnipro” (Ukrayna) – “Kopenhagen” (Danimarka)

22:00. “Qrasshoppers” (İsveçrə) – “Lill” (Fransa)

23:00. “Standard” (Belçika) – “Panatinaikos” (Yunanıstan)

23:00. “Feyenoord” (Hollandiya) – “Beşiktaş” (Türkiyə)

23:00. “Ludoqorets” (Bolqarıstan) – “Partizan” (Serbiya)

23:15. “Olborq” (Danimarka) – “Dinamo Zaqreb” (Xorvatiya)

23:30. “Maribor” (Sloveniya) – “Makkabi Təl-Əviv” (İsrail)

23:45. “Legiya” (Polşa) – “Seltik” (Şotlandiya)

Qeyd edək ki, cavab görüşləri bir həftə sonra keçiriləcək.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!