30 İyul, 2014
Yəhudi yazar İsrailə etiraz etdi

Simsar.az xəbər verir ki, Amerikada İsrailin Qəzzaya hücumuna etiraz edən məşhur yəhudi yazar və alim Norman Finkelstein  göz altına alındı.

İsrailin Fələstinə qarşı həyata keçirtdiyi hücmları ağır şəkildə tənqid etdiyi üçün göz altına alınan politoloq Finkelstein və dostlarının nəzarətə alınmasına səbəb olan etiraz, Nyu-Yorkda yerləşən İsrail Səfrliyinin binası önündə keçirilib. İnternet vasitəsiylə etiraza çağırış edən Kinkelsteinə bir çox amerikalı fəal dəstək oldu. Günorta saatlarında İsrailin missiyonerlər binasında toplaşan aksiyaçılar Nyu-Yorkun ən işlək istiqamətlərindəki 2 küçənin avtomobil yollarını bağlamaq istədi. Küçənin ortasında uzanaraq avtomobil yolunu kəsən Finkelisteinə və digər aksiyaçılara ilk müdaxilə İsrail Səfirliyi qarşısında növbə tutan mühafizəçilər tərəfindən edilib. Hadisə yerinə çox sayda polis qrupu göndərilərkən, bir qrup vətəndaş da sloqanlarla aksiyaçıları dəstəkləyiblər. Əlləri qandallanan aksiyaçılar, polis maşınlarına mindirilərək mərkəzə aparılıb.

Günel

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!