30 İyul, 2014
Qəzzanın infrastrukturu İsrailin hədəfində

İsrailin Qəzzaya son, ən ağır bombardmanda, enerji stansiyası, idarə binaları, infrastruktur hədəf alınıb.

Ramazan bayramının başlamasıyla, dünən gecə Qəzzada, son 3 həftənin ən ağır bombardımanı olub. Fələstin səhiyyə nazirliyi, çərşənbə gününün ilk saatlarından etibarən ən az 100 nəfərin öldüyünü bildirib. Ölənlərdən 26-nın bombardımanlardan uçan 4 evin uçqunu altınnan çıxarılanların olduğu bildirilib.

İsrail Qəzzanı işıqsız qoydu

Qəzzanın enerji tələbini tək başına təmin etməyə çalışan stansiyanın səhər saatlarında vurulmasıyla 1 milyon 700 mindən çox insanın yaşadığı bölgə işıqsız qalıb. Stansiyadan sonar isə, yanacaq anbarları hədəfə alınıb. Elektrikin olmaması səbəbindən, xəstəxanaların işi və qidaların saxlanması çətinləşib. Nasosların işləməməsi səbəbindən kanalizasiya sistemində iflic yaranıb.

Bildirilir ki, İsrail hücumları nəticəsində, artıq Qəzza ərazisinin 40 faizində insan yaşaması mümkün deyil.

Vüsal Qarayev

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!