31 Mart, 2011
Qattuzo “Anji”yə keçəcək

Cenarro Qattuzo Rusiyanın Mahaçqala şəhərinin “Anji” klubuna keçəcək

Simsar.az-ın “Sovetskiy Sport” qəzetinə istinadən verdiyi məlumata görə, hazırda “Milan”da oynayan 33 yaşlı yarımmüdafiəçi 2011-ci ilin avqustundan Rusiya klubunun şərəfini qorumağa başlayacaq. Onun keçidinin detalları və transfer qiyməti açıqlanmır.

Qattuzonun “Milan”la müqaviləsi 2012-ci ilin iyununa qədərdir. “Sovetskiy Sport” yazır ki, futbolçunun maraqlarını təmsil edən agent şirkəti hələ bir il öncə Rusiya klublarına faks göndərərək onun xidmətini təklif edib.

Qattuzo “Milan”ın şərəfini 1999-cu ildən qoruyur. Bundan əvvəl “Perucu”, Şotlandiyanın “Reyncers” və “Salernitanu” klublarında oynayıb.

İtaliya yığmasının tərkibində 73 oyun keçirib və 1 qol vurub. Milli komanda ilə bir yerdə 2006-cı ildə dünya çempionu adını qazanıb. 2010-cu il dünya çempionatı başa çatandan sonra Qattuzo yığmadakı karyerasının başa çatdığını elan edib,

Xatırladaq ki, “Anji” bu ilin əvvəlində dünya futbolunun daha bir ulduzunu – Roberto Karlosu tərkibinə qatıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!