30 İyul, 2014
Rusiya və ABŞ arasında raket böhranı

ABŞ Rusiyanı raket anlaşmasını pozmaqda itiham edib və həta hədələyib.

ABŞ prezidenti Barak Obama, Rusiya prezidenti Vladimir Putinə məktub yazaraq, Rusiyanın nüvə başlıqlı raket sınağı keçirərək, Orta Mənzilli Nüvə Silah Anlaşmasını pozduğunu bildirib. Obama məktubunda Putinə, “Sizi raketlər mövzusunu müzakirəyə dəvət edirəm. Dəvəti qəbul etməsəniz qarşı addım düşünərik” yazıb.

Rusiyaya qarşı sanksyalar genişlənir

1987-ci ildə imzalanan anlaşma, nüvə silahsızlanma yolunda önəmli bir adım hesab edilir. Anlaşma, ABŞ və Rusiyaya mənzili 500 ilə, 5 min 500 km arasında olan nüvə başlıqlı raketlərin sınaqlarını qadağan edir. Obama həmçinin dünən, Rusiyaya qarşı sanksiyaların genişləndirdiklərini bildirib. Bu arada Ukraynada tərəflərin son günlərdə balistik raket istifadə etdiyi ortaya çıxıb.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!