30 İyul, 2014
Rusiyanın tanınmış aktyoru Bakıya gəlir

Noyabrın 8-9-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Rusiyanın tanınmış aktyoru Yefim Şifrinin “Şifrinizmı – New” adlı solo konserti olacaq.

Teatrın mətbuat xidmətindən Simsar.az-a bildirilib ki, Bakı səhnəsində ilk dəfə çıxış edəcək aktyorun repertuarına daxil olan monoloqlar artıq uzun illərdir Rusiya estradasının qızıl fondunu təşkil edir. Xüsusi atmosfer, arasıkəsilməyən gülüş və ziyalılıq Yefim Şifrinin solo konsertlərinin fərqləndirici cizgiləridir.

Aktyorun Bakıda təqdim edəcəyi yeni solo proqramı təqlidedilməz yumoru və sarsıdıcı satirik monoloqları ilə fərqlənir. “Şifrinizmı – New” əsl bayram, iki saatdan çox avam edəcək şənlik, gülüş və heyranlıqdır.

 

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!