30 İyul, 2014
Xətai rayonunda qəza baş verib

Gecə Bakının Xətai rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Simsar.az xəbər verir ki, Babək prospektində qeydə alınan qəza zamanı “10 XS 105” dövlət nömrə nişanlı “Mercedes”in sürücüsü idarə etdiyi avtomobillə maşın bazarından üzü şəhər istiqamətində hərəkətdə olarkən, idarəetməni itirərək maşını yol kənarındakı maneəyə çırpıb. Bundan sonra isə nəqliyyat vasitəsi qarşı yola çıxıb. Qəza nəticəsində sürücü və maşında olan səinişinər arasında xəsarət alan olmayıb.

Qəzadan sonra hadisə yerinə Xətai rayon dövlət yol polis şöbəsinin əməkdaşları gəliblər. Yolda nəqliyyatın hərəkətində sıxlıq yarandığından avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Sürücü isə izahatının alınması üçün yol polisi şöbəsinə dəvət olunub.

Qəzanın əsl səbəbi hadisə yerinə yaxın quraşdırılmış təhlükəsiz kamerasının görüntülərinə baxıldıqdan sonra müəyyən olunacaq. Faktla bağlı Xətai rayon yol polisi şöbəsində başlanan araşdırmalar davam etdirilir.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!