29 İyul, 2014
Xəzərdə batan 4 nəfər xilas olunub

Dənizdə batan şəxslər xilas olunub.

Simsar.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə batma təhükəsi ilə üzləşmiş 2 nəfər nazirliyin "Bilgəh" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.

Qeyd edək ki, bundan əvvəl də 2 nəfər "Bilgəh" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunmuşdu.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!