29 İyul, 2014
Qardaş bacının qanını tökdü

Şəki rayonunda qardaş bacısını bıçaqlayıb. Simsar.az ANS PRESS-ə istinadən xəbər verir ki, Şəki şəhəri, Şəhriyar küçəsi - ev 24 ünvanında yaşayan 1959-cu il təvəllüdlü Bayram Mustafa oğlu Məmmədov ailə münaqişəsi zəminində bacısı, 1952-ci il təvəllüdlü Zöhrə Mustafa qızı Məmmədovanı bıçaqlayıb.

Qardaş bacısının boğaz nahiyəsindən vurub. Ağır xəsarət alan Zöhrə Məmmədova xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə, insident mülk üstündə baş verib. Bacısını bıçaqladıqdan sonra qardaş hadisə yerindən qaçsa da, az keçməmiş polis onu yaxalayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!