28 İyul, 2014
Orxan Zeynalov məhkəmədə

Bu gün Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun məhkəməsidir. ANS PRESS-in məlumatına görə, bu gün ona hökm oxunmalıdır.

Prokuror ona 18 il iş istəyib. O bu cəzanı sərt rejimli həbsxanada çəkməlidir.

Qeyd edək ki, O.Zeynalov bir necə gün öncə məhkəmədə ifadəsində Yeqor Şerbakovu qətlə yetirmədiyini söyləyib: "Hadisə baş verən gün Moskvada olmamışam. Həmin gün yaşadığım Kolomno şəhərində idim".

İlkin istintaqa verdiyi ifadəsini təkzib edən Orxan saxlanılan zaman hüquq-mühafizə orqanları tərəfindən vəhşicəsinə döyülüb ona görə də yanlış ifadə verdiyini deyib.

Qətl hadisəsi ötən il oktyabr ayında Brültovada baş verib. Qətldən sonra Rusiyada miqrantlara qarşı kütləvi etirazlar başlayıb. Nəticədə adıçəkilən rayonda miqrantların işlədiyi anbar bağlanılıb. Onlarla miqrant ölkədən çıxarılıb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!