27 İyul, 2014
Məşhur milyonçuların çoxu Monakoda yaşayır

Beynəlxalq “ Wealthinsght” analitik portalı dünyanın məşhur milyonerlərinin daha çox yaşadıqları 20 şəhərin siyahısını tərtib edib.

Simsar.az-ın məlumatına görə, siyahıda əsasən daşınmaz əmlakları deyil, bank hesablarında yalnız xalis milyonları olan şəxslər yer alıblar.

Siyahıya Monako şəhəri başçılıq edir. Dünya milyonerlərinin 29,21 faizi məhz bu şəhərdə yaşayır.

İkinci yerdə 27,34 faizlə İsveçrənin Sürix şəhəri yer alıb. Bu ölkənin daha bir şəhəri - Cenevrə 17,92 faizlə üçüncü yerdədir. Sonrakı yerlərdə Nyu York (4,63 faiz), Frankfurt (3,88), London (3,39), Oslo (2,90), Sinqapur (2,80), Amsterdam (2,67), Florensiya (2,59), Hong Kong (2,58), Roma (2,54), Dublin (2,40), Doha (2,34), Toronto (2,29), Venesiya (2,25), Brüssel (2,11), Hyuston (2,9), San-Fransisko (2,7) və Paris (2,4) qərarlaşır.

Siyahıdan göründüyü kimi dünyanın məşhur milyonerlərinin əksəriyyəti Avropa şəhərlərində məskunlaşıblar. Buna səbəb, həmin şəhərlərin ətraf mühitinin yaşamaq üçün daha əlverişli olması göstərilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!