31 Mart, 2011
Toyuq xoruza çevrildi -ŞOK

Cinsini dəyişən toyuğun sahibəsi şoka düşüb

Simsar.az "Mail Online"a istinadən bildirir ki, Böyük Britaniya sakini, 79 yaşlı Cənet Hovardın həyətində kuryoz hadisə baş verib. Həyətdəki hində "yaşayan" toyuq xoruza çevrilib.

"Gertinin belə olması məni şoka salıb. Naçar qalıb indi ona Berti deyirəm. Berti dünənədək rəfiqəlik etdiyi Deyzi və Qreysi adlı toyuqları da qorxudur. Daha doğrusu, indi onlarla eynən xoruz təki davranır", - Kembricşirin yaxınlığındakı Nidinquortda yaşayan Hovard deyib.

"Sabiq" toyuğun pipiyi çıxıb, sübh saatlarında isə o, banlayır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!