27 İyul, 2014
Ruhi Əliyeva həyatının romanını yazır - ÖZƏL

"Həyatımın sultanıyam"  Simsar.Az xəbər verir ki, Azərbaycanın dəb ikonası Ruhi Əliyeva jurnalistlər üçün təşkil etdiyi iftar süfrəsində maraqlı etirafı ilə diqqət çəkib.    Belə ki, xanım Ruhi həyatını roman kimi qələmə aldığından danışıb :   "Mən həyatımın sultanıyam.  Bu günə qədər yaşadıqlarımın hamısını qələmə alıram. Qeyd edim ki, bu bir cəsarət tələb edir.   Həyatımı olduğu kimi yazmaq, bir anı belə dəyişməmək məsuliyyət tələb edir" - deyən hacı xanım, bunun gündəlik şəklində olduğunu gizlətməyib.    İki ildir yazmaqda davam etdiyi həyat romanının içində hətta R.Əliyevanın şeirləri də yer alıb: "Bilmirəm bu necə baş verir, ancaq hərdən özümün də təəccübləndiyim yazmaq istedadı gəlir.   Dəqiq söyləmək çətindir bu roman nə vaxt bitəcək..."

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!