26 İyul, 2014
Bakıda kişi meyiti tapıldı

Bakıda kişi meyiti tapılıb.

Simsar.az-ın məlumatına görə, bu informasiyanı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Hadisə Nizami rayonunun ərazisində qeydə alınıb.

Belə ki, küt alətlə qətlə yetirilən 35-40 yaşlı kişi meyiti tapılıb.

Xəbərdə bildirilir ki, faktla bağlı cinayət işi açılıb.

Nizami Rayon Polis İdarəsinin 25-ci bölməsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!