26 İyul, 2014
Prezident təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev Mərakeş kralı Əlahəzrət VI Məhəmmədi ölkənin milli bayramı - Taxt-tac günü münasibətilə təbrik edib.

Simsar.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Əziz Qardaşım,

Mərakeşin milli bayramı – Taxt-tac günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq və əməkdaşlıq münasibətləri ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsinə uyğun olaraq daim möhkəmlənəcək və inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Mərakeş xalqına daim sülh və firavanlıq arzulayıram".

Azərbaycan prezidenti, həmçinin Müstəqillik günü münasibətilə Peru prezidentinə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Hörmətli cənab Prezident,

Peru Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Peru əlaqələrinin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Peru xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!