26 İyul, 2014
Avtomobil dərəyə aşıb

İyulun 26-da Lənkəran-Lerik magistral yolunun 30-cu kilometrliyində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Simsar.az-ın məlumatına görə, bu informasiyanı Lerik Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsi yayıb.

Belə ki, Göyçay şəhər sakini Şahin Qurbanovun idarə etdiyi VAZ-21011 markalı minik avtomobili hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı dərəyə yuvarlanıb.

Minik avtomobili dərəyə düşərkən yamacdakı ağacların birinə ilişərək qalıb. Xoşbəxtlikdən sürücü heç bir bədən xəsarəti almadan avtomobildən salamat çıxa bilib.

Hadisə yerinə gələn dövlət yol polisi bölməsinin əməkdaşlarının köməyi ilə avtomobil dərədən çıxarılaraq sahibinə təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!