26 İyul, 2014
Rusiyadan "McDonalds" qadağası - VİDEO

Çində "McDonalds", KFC kimi iri fastfud şəbəkələrində vaxtı keçmiş ət qalmaqalı ilə əlaqədar 600-dan çox iaşə obyektinin bağlanmasından sonra Rusiya hökuməti də analoji addımlar atmaq niyyətindədir. Rusiyada bu tipli restoranlara qarşı tədbirlər gücləndirilib.

Rusiyanın Federal İstehlakçı hüquqları və insanların rifahına nəzarət xidməti "Mcdonalds" restoranlarında yeyinti məhsullarının keyfiyyəti ilə bağlı iradlarını bildirib. Bir sıra filiallarda aparılan baxışlardan sonra, sanitar həkimlər, çizburqer, file-o-fiş, çikenburger, hətta dondurmaların texnoloji normalardan sapdığını, qidaların enerji dəyərinin 2-3 dəfə aşağı olduğunu bəyan edib. Federal Xidmət artıq Moskvanın Tver rayon məhkəməsində "McDonalds"a qarşı iş qaldırıb.

Rusiya cəmiyyətində isə baş verənlərə münasibət birmənalı deyil.

Rusiya hökümətinə görə, həkimlər fast-fud şəbəkə restoranlarında verilən qidalarda bağırsaq çöpləri aşkarlayıb, ümumi mikrob tərkibi normadan 10 dəfə yüksək olub.

Sanitar həkimlərə görə, bu işçilərin şəxsi gigiyena qaydalarını kobudcasına pozduğunu göstərir. Rusiyada "McDonalds"a qarşı məhkəmə dinləmələri avqust ayında keçiriləcək.

ANSPRESS

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!