26 İyul, 2014
Keçmiş ideyalar gerçəyə çevrilmədi – FAZİL MUSTAFA

“Dəyərli şəxsiyyətlərimizin görüşlərini yaxşı niyyətlə təftiş etməyə ehtiyac var”. Simsar.az xəbər verir ki, bunu Böyük Qurtuluş Partiyasının (BQP) sədri, Milli Məcliisn deputatı Fazil Mustafa facebook səhifəsində yazıb.

O bildirib ki,  Azərbaycanın cəmiyyət və dövlət olaraq gələcək modeli ilə bağlı iki məşhur istiqamət var. Bunlardan biri Məmmədəmin Rəsulzadənin "Əsrimizin Siyavuşu", digər isə Əbülfəz Elçibəyin "Bütöv Azərbaycan yolunda" əsərlərinin ideya xəttidir. Fikrimcə hər ikisinin də ideyadan gerçəyə çevrilməsi imkanları ortadan qalxıb.

Deputat deyib ki, bu məsələlərlə bağlı yeni kitabımda müəyyən tezislər versəm də, ancaq ayrıca tənqidi mətn hazırlamağı düşünürəm. Yəni dəyişən zaman şərtlərində bir çox dəyərli şəxsiyyətlərimizin görüşlərini yaxşı niyyətlə təftiş etməyə ehtiyac var: “Hər şeydən öncə bizi Azərbaycan dövlətinin gələcəkdəki real və sabit modelinin dəqiq müəyyənləşdirilməsi düşündürməlidir”.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!