26 İyul, 2014
QƏZZA üçün böyük toplantı – PARİSDƏ

İsrailin Qəzzaya hərbi əməliyyatını müzakirə etmək üçün, aralarında Türkiyənin də olduğu ölkələr bu gün Parisdə görüşəcəklər.

Simsar.az xəbər verir ki, ABŞ, Avropa Birliyi, Almaniya, Türkiyə və Qətər İsrailin Qəzzaya hərbi əməliyyatını müzakirə etmək üçün, bu gün Parisdə görüşəcəklər. Toplantıda Qəzza üçün atəşkəs məsələsi müzakirə ediləcək. ABŞ xarici işlər naziri Con Kerry, Misirdə atəşkəs üçün diplomatik addımlar atarkən, İsrail də təziqlərdən sonra ilk addımını atıb.

Belə ki, İsrail, bu sabah 05:00-dan etibarən, hücumları 12 saatlıq dayandırma qərarı verib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!