26 İyul, 2014
Azərbaycanda ilk dəfə - “European Challenge Tour”

31 iyul 2014 – 03 avqust 2014-cü il tarixlərində Azərbaycanda ilk dəfə olaraq “Challenge Tour” keçiriləcək

Azərbaycan Qolf Federasiyasından Simsar.az verilən məlumata görə, dörd gün davam edən bu mötəbər turnir Quba şəhərində yerləşən Quba Milli Qolf Klubunda təşkil olunacaq. “European Challenge Tour”un rəhbərlik etdiyi turnirin əsas məqsədi Azərbaycanı beynəlxalq qolf  aləminə təqdim etmək, dünya səviyyəli oyunçuları Azərbaycana dəvət etməklə Azərbaycanda qolfun inkişafına zəmin yaratmaq  və Azərbaycanı yeni qolf məkanı kimi dünyaya təqdim etməkdir.

Turnir 18 dəlikli  “Stroke Play”  formatında təqdim olunacaq. Turnirdə “European Challenge Tour” tərəfindən Avropa Turnirinin reytinqinə əasasən seçilmiş İngiltərə, İsveç, Cənubi Afrika, Estoniya, Finlandiya, Fransa, Pakistan, Hindistan, İspaniya, Almaniya,Argentina və s. ölkələrdən 156 oyunçu iştirak edəcək.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!