26 İyul, 2014
Doğuşdan Azərbaycanda qeyri-adi GÖRÜŞ

Türkiyənin tanınmış müğənnisi və bəstəkarı Doğuş ölkəmizə səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində, Müharibə Əlilləri üçün Müalicə Pansionatında, Müharibə və Əmək Əlilləri üçün Pansionatında (Qocalar evi) olub.

Simsar.az xəbər verir ki, sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olan Doğuş, belə bir mərkəzin yaradılmasını və onun fəaliyyətini yüksək dəyərləndirib. O, sağlamlıq imkanları məhdud gənclərin öz potensiallarını cəmiyyətə təqdim edə bilmələri, məşğulluq imkanlarını reallaşdırmalarıüçün bu şəraitdən lazımınca istifadə etməli olduqlarını vurğulayıb.  Məşhur müğənni mərkəzdəki musiqi dərnəyinin üzvləri ilə görüşərək onların ifaları ilə tanış olub, onlara öz məsləhətlərini verib.

Daha sonra Doğuş mərkəzin həyətindəki istirahət guşəsində, açıq havada Ramazan bayramı münasibətilə konsert proqramı təqdim edib. Tədbirdə Azərbaycanın tanınmış müğənnisi Yusif Mustafayev də iştirak edib, mahnılar oxuyub. Sağlamlıq imkanları məhdud gənclər onlara xoş və fərəhli anlar yaşadan belə yaddaqalan tədbirin təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər. Doğuş Müharibə Əlilləri üçün Müalicə Pansionatındavə Qocalar evində də yaddaqalan konsert proqramı ilə çıxış edib.

Vüsal Qrayev

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!