31 Mart, 2011
Mirhüseyn Musəvinin atası vəfat etdi

Mirhüseyn Musəvinin ev dustağı olduğu 45 gün ərzində onun atası Hacı Mirismayıl Musəvinin xəstəliyi ağırlaşıb

APA-nın “kaleme” saytına istinadən verdiyi məlumata görə, Mirismayıl Musəvi bu gün dünyasını dəyişib.

Qeyd edək ki, müxalifət lideri Musəvi ev dustağı olduğu vaxtda cəmi bir dəfə atası ilə polis nəzarəti altında görüşüb.


Mərhumun oğlanları bununla bağlı bəyanat yayaraq xalqdan razı olduqlarını bildiriblər. Bəyanatda deyilir ki, “biz mübariz azadlıqsevər xalqdan razıyıq. Bilirik ki atamız oğlunun ayrılığına tab gətirmədi. O ürək ağrısı ilə dünyanı tərk etdi”.

Müxalifət liderlərindən Mehdi Kərrubi mərhumun ailəsinə başsağlığı verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!