26 İyul, 2014
Ərdoğan futbol oynayacaq

İstanbul Başakşehir Stadionunun açılışında Türkiyə baş naziri futbolçu kimi meydana çıxacaq


Simsar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün baş tutacaq açılış mərasimində Rəcəb Rayyib Ərdoğan ulduzlar yığmasının heyətində futbol oyanayacaq. Yıldırım Demirörən, Fatih Terim, Rıdvan Dilmən və Acun Ilıcalı kimi məşhur şəxslərlə komanda yoldaşı olacaq baş nazir bacarığını nümayiş etdirməyə çalışacaq.

Oyun 15 dəqiqəlik 2 hissədən ibarət olacaq. Matçı Cüneyt Çakır idarə edəcək. Görüş Bakı vaxtı ilə 23:30-da start götürəcək.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!