26 İyul, 2014
“Simurq” “Fulhem”lə qarşılaşacaq

"Simurq" Avstriya toplanışını davam etdirir

Simsar.az xəbər verir ki, Zaqatala klubunun növbəti yoxlama oyunlarındakı rəqiblərinin adları bəlli olub.

Belə ki, Georgi Çixradzenin komandası bu gün Rusiyanın "Amkar" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 20:00-da start götürəcək.

İyulun 30-da isə "Simurq"un İngiltərənin "Fulhem" klubu ilə yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Lakin böyük ehtimalla İngiltərə təmsilçisi həmin oyunda komandamıza qarşı ehtiyat oyunçularından yararlanacaq.

Qeyd edək ki, Zaqatala təmsilçisi transfer çalışmalarını da davam etdirir. Həm yerli, həm də legioner futbolçularla müqavilələr imzalamağa hazırlaşan klubun hazırda düşərgəsində baxış üçün dəvət edilmiş 6 futbolçu var. Onların bəziləri haqqında son qərarı məşqçilər korpusu "Amkar"la oyundan sonra verəcək.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!