30 Mart, 2011
Sınaq imtahanlarının nəticələri açıqlandı

Test üsulu ilə keçirilən sınaq imtahanları buraxılış imtahanlarına hazırlıq xarakteri daşıyıb

Təhsil Nazirliyi martın 27-də Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarının ümumtəhsil məktəblərində keçirdiyi sınaq imtahanlarının nəticələrini açıqlayıb.

Nazirlikdən Simsar.az-a verilən məlumata görə, 12 rayonun məktəblərində təhsil alan IX-XI sinif şagirdlərinin imtahan nəticələri bu gün http://exam.edu.gov.az/ saytında yerləşdirilib. Test üsulu ilə keçirilən sınaq imtahanları buraxılış imtahanlarına hazırlıq xarakteri daşıyıb və məqsəd şagirdlərin bilik səviyyəsinin yüksəlməsinə nail olmaqdır.

Xatırladaq ki, IX sinif şagirdləri ana dili və riyaziyyatdan, XI sinif şagirdləri isə ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dildən biliklərini sınayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!