26 İyul, 2014
Hakan Şükürə etiraz - Tayyibin sayəsində adam oldunuz

Türkiyədə həbs edilən polislərə dəstək verən Hakaş Şükürə, vətəndaşlardan əks reaksiya gəlib.

Torinolu Şaban

Türkiyənin Müstəqil millət vəkili Hakan Şükür, paralel dövlət əməliyyatında həbs edilən polislərə dəstək olmaq üçün İstanbul Ədliyyəsinə gedib. Orda açıqlama verənTürkiyənin yaşayan əfsanə futbolçusu, həbs edilən polisləri dəstəkləyib. Orda olan bir vətəndaş isə Hakana etiraz edərək, Tayyib sayəsində adam oldun, Torinolu Şaban, deyib.

Vicdanlar həbs edildi

İstanbul Ədliyyəsinə gələn Hakan Şükür, Ədliyyə binasının qarşısında açıqlama verərək bunları deyib. Hakan Şükür: “Bu işgəncə, bu zülm cəmiyyəti böləcək şəkildə danışan isnanlara təbii ki, biri çıxıb son verəcək. Mən buna inanıram. Bu gün bir çox vicdan həbs edildi əslində”.

Torinolu Şaban

Onun bu sözlərindən sonra bir vətəndaş Şükürə etiraz edərək, mediyaya səslənib. Vətəndaş: “Çevrilişçilərin nəyini çəkirsiniz, çevrilişçidi bunlar. Hansı üzlə çıxırsının xalqın qarşısına. Tayyibin sayəsində adam oldunuz. Şaban. Torinolu Şaban”.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!