26 İyul, 2014
Yaponiya isti havadan əziyyət çəkir

Yaponiya arxipelaqında üzücü istilər qeydə alınıb. Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, şimal-şərq rayonu Tohokudan başlamış ən cənub Kyuşu adası da daxil olmaqla 180-dən artıq meteostansiyada termometrlər müsbət 35 dərəcədən yuxarı istilər olduğunu göstərib.

Qifu prefekturasının Tazimi şəhərində termometrin civə sütunu 39,3 dərəcə Selsi qeydə alıb ki, bu da cari yayın ən yüksək temperaturudur.

Gün ərzində Naqoya şəhərində 38,2, Kofuda 37,7, Tokionun mərkəzi hissəsində isə 35, 6 dərəcə istilər qeydə alınıb.

Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!