26 İyul, 2014
“Azərenerji” qayda pozuntuların qarşısını alır

Son üç ayda “Astara” Elektrik Şəbəkəsi Müəssisəsinin balansına aid olan 10 və 0,4 kilovoltluq şəbəkələrdə, eyni zamanda tranformator məntəqələrində müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Eyni zamanda elektrik enerjisindən istifadə qaydalarının pozulmasının qarşısının alınması istiqamətində də xeyli iş görülüb.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, müəssisənin xidmət etdiyi ərazidə cari ilin ötən 5 ayında keçirilmiş reydlər zamanı 70-dən artıq istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkarlanıb. Nəticədə 153,2 min kilovat-saata yaxın itirilmiş elektrik enerjisinin 9 min manatdan çox istehlak dəyəri bərpa olunub. Bu dövrdə elektrik enerjisi istehlakı artaraq 22,7 milyon kilovat-saat təşkil edib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!