26 İyul, 2014
“Hacı Qara” və “Buba” Qusarda

Simsar.az-ın xəbərinə görə Qusar Dövlət Ləzgi Dram Teatrı bu il Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi repertuar planında olan dörd tamaşadan ikisini hazırlayaraq təhvil verib.

Bunlar A.Mehmanın “Şurşurali” və M.Əlizadənin “Fırıldaqçılar” tamaşalarıdır. Hazırda teatrda M.F.Axundzadənin “Hacı Qara” və Ə.Sturvinin “Buba” əsərlərinin son məşqləri aparılır.

bu sənət ocağı təkcə iş planına salınmış əsərlərin hazırlanması ilə işini yekunlaşdırmır. Teatrın yaradıcı kollektivi, eyni zamanda, bütün dövlət əhəmiyyətli tədbirlərində də yaxından iştirak edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!