26 İyul, 2014
Keçmiş asistanı Lady Gagadan kitab yazır

Lady Gaganın keçmiş asistanı bir zamanlar rəhbərliyi altında işlədiyi çılğın müğənnin həyatından bəhs edən bir kitab yazdığını açıqlayıb. Simsar.az xəbər verir ki, asistan Cennifer O’Neill Lady Gaga ilə bilikdə müğənnini ayaq işlərini gördüyü, hətta bəzi gecələr onunla eyni yataqda yatdığı, iki illik bir dünya turuna qatılmışdı.  “Atria Books” O’Neill ilə təxminən 1 milyon dollarlıq müqavilə imzaladıqlarını bildirib. Kitabın yayım tarixi isə bəlli deyil.

Lady Gaga və onun təmsilçiləri kitab haqqında hələ bir açıqlama verməyiblər.

Qeyd edək ki, O’Neillin Lady Gaga ilə olan münasibəti ilk dəfə 2011-c ildə əlavə iş saatına görə yüksək məbləğ tələb etdiyi üçün müğənnini məhkəməyə verdikdən sonra gündəmə gəlmişdi. Lady Gaga isə asistanın bu tələbini qəbul etməmiş və 2013- cü ildə məhkəmədən kənarda ortaq razılaşma yolu ilə yollarını ayırmışdılar.

Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!