26 İyul, 2014
Droqba rəsmən “Çelsi”də

“Qalatasaray”la müqaviləsi başa çatan futbolçu “Çelsi”yə qayıdıb

Simsar.az xəbər verir ki, Didiye Droqba karyerasını yenidən Premyer Liqada davam etdirəcək. “Çelsi” Futbol Klubunun rəsmi veb səhifəsində təqdim olunan xəbərə görə “zadəganlar” kot d`ivuarlı ilə 1 illik razılığa gəliblər.

Xatırladaq ki, Droqba 2013-cü ildən “Qalatasaray”da çıxış edirdi. Bu müddət ərzində 37 oyun keçirən 36 yaşlı futbolçu 15 dəfə fərqlənməyi bacarmışdı.

Vüsal Məmmədzadə

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!