25 İyul, 2014
8 polis zabiti Ərdoğanı izləyib

Türkiyə məhkəməsi 8 polis zabitini həbsdə saxlamaq qərarını verib. Onlar baş nazir Ərdoğanı və ona yaxın çevrəni izləməkdə və casusluq etməkdə ittiham olunur.

Simsar.az-ın məlumatına görə, istintaq dövlət daxilində “paralel strukturlar” ittihamını araşdırır. Ərdoğan polis, məhkəmə orqanlarında olan bir sıra şəxslərin ABŞ-da mühacirətdə olan Fətullah Gülənlə əlbir olub, dövlət çevrilişi hazırladıqlarını iddia edir.

Məhkəmənin 6 zabiti azad etdiyi haqda da xəbər verilir.

Qeyd edək ki, çərşənbə axşamı Türkiyədə onlarla polis zabiti həbs olunub. İstanbulun baş prokurorunun təqdim etdiyi siyahıda 115 adamın adı var.

Baş prokuror deyib ki, istintaq onların terrorçu qrup yaratmasını araşdıracaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!