25 İyul, 2014
Yəhudi yazar: “Bu ölümlərin ədəbiyyatı yoxdur”

Türkiyənin “Cümhuriyyət” qəzetinə açıqlama verən yhudi əsilli türk yazıçısı Levi sosyal mediyada “baykot ediləcək İsrail məhsulları” arasında öz kitablarını da göstərdiyini bildirərək “iliklərimə qədər sevdiyim ölkəmdə bunları da yaşamaq varmış” dedi. Simsar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, humanist çıxışları ilə tanınan Mario Levi üzüntüsünü “Qəzzadakı bu ağrılı müharibənin və məsum körpələrin ölümünün içimi necə dağladığını ifadə etməyə söz tapa bilmirəm. Bu ölümlərin ədəbiyyatı yoxdur” deyərək dilə gətirdi. Levi “Hansı dinə mənsub olursa olsun vicdan sahibi heç bir insan yaşanan ölümlər qarşısında laqeyid qala bilməz. Ancaq səbirli, itaətli olmalıyıq və bunu bilməliyik ki, hər kəs bizim dostumuz deyil amma hamı düşmanımız da deyil. Əvvəlcə dünya vətəndaşı, sonra Türkiyə yazıçısı, son olaraq da Yəhudi olaraq danışdığını vurğulayıb.

Günel

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!