25 İyul, 2014
İŞİD erməni kilsəsindən bayrağını asdı - Foto

İŞİD Suriyada yerləşən erməni katolik kilsəsinin xaçını endirərək öz bayrağını asıb.

Simsar.az xəbər verir ki, amerikalı jurnalist 6 gün ərzində İŞİD-in nəzarətində olan Rakka şəhərində gördüklərini yazıb. Müəllifə görə, şəhərdə həyat artıq öz axarı ilə davam edir və burada İŞİD-in hökmləri tətbiq edilir.

Artıq Rakkada yerləşən üç kilsə bağlanıb. Bunlardan biri də ermənilərə məxsus katolik kilsəsi olub. İŞİD erməni katolik kilsəsinin xaçını endirərək öz bayrağını sancıb və buradan öz təbliğat mərkəzi kimi istifadə edir.

Yeni qərara görə, yetkinlik yaşına çatmış xristian kişilər vergi ödəməlidirlər. Onlar bunun müqabilində sərbəst ibadət edə biləcək və qəbiristanlıqlarına toxunulmayacaq.

Bundan əlavə, şəhərdə bir çox qadağalar da tətbiq edilir. Rakkada siqaret və qəlyan çəkmək yasaq edilib, çayxanalar bağlanıb. Qadınlara niqab geyinmək zəruri hesab edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!