25 İyul, 2014
Bu otelə ölmək üçün gəlirlər

Hindistanın şimal-şərqində yerləşən, yeddi müqəddəs şəhərdən biri olan Varanasiyə insanlar ölümlərini gözləmək üçün gəlirlər.

Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, Qanqa çayı sahilində qurulmuş şəhərə hər il minlərlə insan gəlir.

Onlar ölümlərindən sonra yandırılaraq küllərinin Qanq çayına buraxılacağına və dəniz ilahəsinə çatacaqlarına ümid edirlər. “Qurtuluş Evi” adlandırılan bu oteldə yalnız ölümü gözləyənlərə xidmət göstərilir.

Buranın heç bir dəbdəbəsi yoxdur, insanlar yerdə yatır, onların yanında isə yaxın adamları olur. Ölənlər isə Qanq çayında yuyulur, daha sonra isə qurumağa qoyulur.

 

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!