30 Mart, 2011
And içdilər

Müdavimlər hazırlıq kurslarını bitirdi

Martın 30-da Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində ilkin hazırlıq kursunu bitirmiş müdavimlərin andiçmə mərasimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov və Milli Məclisin deputatı Rafael Hüseynov iştirak edib. Məktəbin rəisi, polis polkovniki Ramiz Abdullayev mərasimi giriş sözü ilə açaraq dinləyiciləri təbrik edib, yüksək təhsil və tədris üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd olunub ki, ilkin hazırlıq kurslarındakı 3 aylıq təlim-təhsil müddətində dinləyicilərə 17 fənn üzrə 142 mövzu tədris olunmuş, çoxsaylı praktiki məşğələlər, təcrübi təlimlər və işgüzar oyunlar keçirilib. Gənc əməkdaşlar imtahanlarda xüsusi, atəş və fiziki hazırlıq fənlərindən yüksək nəticələr əldə edib.

Tədbirin sonunda dinləyicilərin təntənəli keçidi olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!