25 İyul, 2014
Səfirlikdən girov ailələrinin məktubuna cavab gəldi

Səfirlik Kəlbəcərdə ermənilərin əsir götürdükləri azərbaycanlıların yaxınları tərəfindən məktubun daxil olduğunu təsdiqləyib

Rusiyanın Azərbaycandakı səfirliyi işğal altında olan Kəlbəcər rayonunda ermənilərin əsir götürdükləri Dilqam Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri tərəfindən məktubun daxil olduğunu təsdiq edib.

Simsar.az xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, məktub diqqətlə nəzərdən keçiriləcək.“Doğrudan da səfirin adına Q.Əsgərovdan məktub daxil olub. O iddia edir ki, D.Əsgərov Kəlbəcərdə məlum insident zamanı saxlanılıb və o, Rusiya vətəndaşıdır. Bu məktub diqqətlə nəzərdən keçiriləcək və onu göndərən şəxsə cavab veriləcək”, - deyə səfirlikdən bildiriblər.

Həmçinin Rusiya vətəndaşı olan A.Veselovanın səfirliyin konsulluq şöbəsinə həyat yoldaşı, Azərbaycan vətəndaşı Ş.Quliyevin axtarışına kömək etmək xahişi ilə müraciət etdiyi təsdiqlənib. A. Veselovaya bütün lazımi izahatlar verilib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!