25 İyul, 2014
3 ton heroin “Taliban”a məxsus çıxdı

Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən ələ keçirilmiş 3 tona yaxın maye heroin “Taliban” terrorçu təşkilatına məxsus olub.

Simsar.az-ın musavat.com-a istinadən verdiyi məlumata görə, bunu ölkəni daxili işlər naziri Aleksandr Çikiadze bildirib. Bu haqda o, parlamentdə çıxışı zamanı deyib.

“Bu, narkotik əfqan mənşəlidir və “Taliban” təşkilatına məxsusdur. Onun daşınması Avropa istiqamətində nəzərdə tutulmuşdu”, - deyə nazir qeyd edib. Onun sözlərinə görə, yükün bazar qiyməti 400 milyon dollar təşkil edir.

Məlumatı gürcü KİV-i yayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!