25 İyul, 2014
Heydər Əsədov Bərdədə vətəndaşları qəbul edib

Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Bərdədə Ağdam, Ağcabədi, Beyləqan. Bərdə və Tərtər rayonlarından vətəndaşları qəbul edib.

Simsar.az APA-ya istinadən xəbər verir ki, müraciət edənlərin əksəriyyəti əsasən suvarma sahəsindəki problemlər, toxumçuluq və  kənd təsərrüfatı texnikalarının çatışmazlığından danışıblar.

Vətəndaşlardan bir çoxunun müraciəti yerindəcə həllini tapıb. Bir çox məsələnin həlli nazirliyin müvafiq idarə və təşkilatları qarşısında təxirəsalınmaz vəzifə kimi qoyulub.

Nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər isə müvafiq qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!