25 İyul, 2014
Güzdəkdəki Dəmir Yolu Stansiyası yandı

Güzdək Dəmir Yolu Stansiyasında yanğın olub.Simsar.azın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Abşeron rayonunda yerləşən Güzdək Dəmir Yolu Stansiyasında ümumi sahəsi 45 kv/m olan postunun yanar konstruksiyaları və içərisində olan avadanlıqlar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!