25 İyul, 2014
Beynəlxalq festival başa çatdı

Potidə (Gürcüstan) çoxqat olimpiya çempionu Nana Aleksandriyanın şərəfinə beynəlxalq şahmat festivalı baş çatıb.

Simsar.az xəbər verir ki, İsrail nümayəndəsi qrossmeyster Vitali Qolod 9 mümkün xaldan 7,5 xal toplayaraq turnirin qalibi olub.

Azərbaycan şahmatçısı Ülvi Bacarani 6,5 xal ilə 5-ci, digər nümayəndəmiz Vüqar Rəsulov 5,5 xal ilə 10-cu yerdədir. Rəşad Zeynallı 25-ci, Fidan Ağasıyeva 51-ci yerlə kifayətlənməli olub.

Nana Aleksandriya kubokunda 13 ölkədən 400-dən çox şahmatçı iştirak edirdi. Turnirin mükafat fondu 40 min lari idi.

Doqquzuncu dəfə keçirilən festivalda Azərbaycan yığması 33 şahmatçı ilə təmsil olunmuşdu.

İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət idi.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!