25 İyul, 2014
Dələduzluq edən polis həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Xaləddin Baxışovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Simsar.az APA-ya istinadən  xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra məhkəmə zamində olan X. Baxışovun məhkəmə zalında həbs edilməsi barədə qərar qəbul edilib və o, həbs edilib. Prosesin baxış iclası isə avqustun 1-nə təyin edilib.

Qeyd edək ki, X. Baxışov keçmiş yol polisi əməkdaşıdır. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!