25 İyul, 2014
Venesiya Kinofestivalının müsabiqə proqramı elan edilib

Beynəlxalq Venesiya Kinofestivalının müsabiqə proqramı elan edilib.Simsar.az xəbər verir ki, müsabiqənin “Qızıl şir” mükafatı uğrunda ABŞ, İran, Fransa, İtaliya, Türkiyə, Yaponiya, Çin və digər ölkələrin 20 filmi mübarizə aparacaq.

71-ci Venesiya biennalesi avqustun 27-dən sentyabrın 6-dək Lido adasında keçiriləcək. Festival Meksika rejissoru Alexandro İnyarritunun “Berdmen” filmi ilə açılacaq. Müsabiqədə Lars Fon Triyer, Devid Qordon Qrin, Ceyms Franko və Emir Kusturitsanın filmləri də nümayiş etdiriləcək.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!