25 İyul, 2014
“Nabat” filmi Beynəlxalq Venesiya kinofestivalında

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının istehsalı olunan, rejissor Elçin Musaoğlunun çəkdiyi “Nabat” tammetrajlı bədii filmi avqustun 27-dən sentyabrın 6-dək İtaliyada keçiriləcək 71-ci Venesiya Beynəlxalq kinofestivalında nümayiş olunacaq.

Kinostudiyadan AzərTAc-a bildirilib ki, bu film festivalın əsas müsabiqədən sonra ikinci vacib bölməsi olan “Horizontlar” (“Orizzonti”) proqramında iştirak edəcək.

Bu proqramda yeni tendensiyaların olduğu bədii və sənədli filmlər iştirak edir.

E.Musaoğlu ilə yanaşı, 16 rejissorun filminin nümayiş olunacağı bu proqramda ən yaxşı ekran əsərlərinin müəlliflərinə mükafatlar təqdim ediləcək.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!