25 İyul, 2014
Georgi Nikolov: “Bir oyuna görə baş məşqçi göndərmək düzgün deyil”

“İnter” klubunun prezidenti Kaxabaer Sxadadzenin komandada qalacağını deyib.

Simsar.az xəbər verir ki, gürcüstanlı çalışdırıcının mətbuat konfransında istefa verəcəyi ilə bağlı dediyi fikirlərə klub prezidenti münasibət bildirib. Apasport.az saytına müsahibəsində bir oyuna görə baş məşqçini göndərməyi düzgün hesab etmədiyini deyən Georgi Nikolov Sxadadzenin istefasının qəbul edilməyəcəyini qeyd edib:

“Bir oyuna görə baş məşqçi göndərmək düzgün deyil. Fikrimcə, Kaxaber Sxadadze oyunda uduzduqları üçün emosiyaya qapılıb və bunları söyləyib. Yadınızdadırsa, o, ötən mövsüm də istefa vermişdi. Amma biz onun getməsinə imkan vermədik. Bu dəfə də eyni vəziyyət olacaq. O, postunda qalacaq. Düşünürəm ki, Kaxaberin hələ bizə çox köməyi dəyəcək. Qarşıda Premyer Liqa var. Bir sözlə, ona etimadımız böyükdür”.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!