25 İyul, 2014
Məşhur Türk aktrisası öldü

Türkiyənin məşhur aktrisası Çolpan İlhan bu gün dünyasını dəyişib. Simsar.az xəbər verir ki, tanınmış Türk aparıcısı Esra Erol özünün twitter səhifəsində “Çolpan İlhan vəfat etdi. Bizim üçün bir ulduz söndü. Amma o sevdiklərinə qovuşdu. Nur içində yat” deyə başsağlığı mesajı yazıb.

Çolpan İlhan 1936- cı ildə İzmirdə doğulub. Çolpan əvvəlcə İstanbul Bələdiyyə Konservatoriyasında teatr fakültəsindən, sonra Dövlət Gözəl Sənətlər Akademiyasının rəssamlıq fakültəsindən məzun olub.Xatırladaq ki, Çolpan İlhan tanınmış Türk aktyoru, yeşilçam filmlərinin unudulmaz qəhrəmanlarını yaratmış aktyor Sədri Alışığın həyat yoldaşı, şair Atilla İlhannın bacısı, və aktyor Kərəm Alışığın anasıdır.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!