25 İyul, 2014
“İnter”in məğlubiyyətinə futbolsevərlərin münasibətləri – RƏYLƏR

Ötən gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutan “İnter” – “Elfsborq” oyununun nəticəsi Azərbaycanlı futbolsevərləri üzüb. Səfərdən minimal hesablı üstünlüklə qayıdan təmsilçisimiz doğma azarkeşlər önündə sərfəli hesabı qoruya bilmədi.

Sosial şəbəkədə isə bununla bağlı müxtəlif fikirlər yazılıb.

Beləliklə, Simsar.az oyunla bağlı seçilən fikirləri təqdim edir:

Elsevar Aimar Salahov: “İlk oyunda 10-15 dənə əks-hücumu, təkbətəki göydə uçan quşlara vuranda belə olacaq da. Birinci oyun ən azı 3-4 dənə vurmalı idi”.

Abdulla Abbasov: “İnter”də hər şey çatır. Bircə bəxtdən başqa”.

Kənan Vəlizadə: “Meza Kollinin əziyyəti hədər oldu...”

Vaqif Yusuf: “Bu qədər epizodu havaya sovurmaq olmaz e...”

Taleh Vasmoylu: “İnter”in oyununa baxanda əsəbiləşirəm. Sanki, gürcü klubudur, azərbaycanlılar legionerdir”.

Elsever Ehmedli: “Bu komanda penaltilərdə həmişə bəxtsizdir. “Lex”lə oyunu xatırladım...”

Ayan Mamedova: “Elfsborq” “Hafnarfyordur”u keçə bilməyəcək”.

Azer Mehdiyev: “Bu gün zəif qalib gəldi. Bəzən, belə də olur...”

Elnur Aliev: “Eşitdim, Tsxadadze istefa verib? O, getsə, “İnter” batdı...”.

Vüsal Məmmədzadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!