25 İyul, 2014
Putinin qızı deportasiya ediləcək?

Rusiya prezidenti Vladimir Putinin qızı Mariya Putinanın sevgilisi ilə birlikdə yaşadığı Hollandiyadan deportasiya edilməsi tələb edilib. Buna səbəb Malaziyaya aid təyyarənin qəzaya uğraması olub. Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, Putinin 29 yaşlı qızı Mariya Putina “Rus Qazprom” və “Stroytrangaz” şirkətlərində çalışan Hollandiya vətəndaşı Corrit Faassenlə Laheyin “Krimwijk” (Kırım) səmtində yaşayır. Hilevrsum bələdiyyə sədri Pieter Broertjes isə radioların birinə verdiyi açıqlamada: “Putinin qızını Hollandiyadan deportasiya etmək lazımdır” deyib.

Bu reaksiyalardan sonra isə sədr sosial şəbəkədə “Bu dəlisov bir açıqlama idi” deyərək üzr istəyib.

Xatırladaq ki, ötən həftə Hollandiyadan Malaziyaya gedən təyyarənin  Ukraynanın şərqində Rusiya tərəfdarları tərəfindən vurulduğu iddia edilir. Təyyarədə 193 hollandiyalı həlak olub.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!