25 İyul, 2014
73 yaşında ot tayasından yıxılıb öldü

Şəkidə 73 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.Simsar.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Bideyz kəndində yaşayan 1941-ci il təvəllüdlü Hidayət İsgəndərov həyətyanı sahəsində yığılmış ot tayasının üstünə çıxıb.

Yaşlı kişi nərdivanda olarkən ehtiyatsızlıqdan yıxılıb.

Ağır yaralanan yaşlı kişi xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Hidayət İsgəndərov bu gecə xəstəxanada dünyasını dəyişib.

Fakla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!